“Qalatasaray”a texniki qələbə verildi

“Qalatasaray”a texniki qələbə verildi
DÜNYA FUTBOLU 22 Oktyabr 2013 / 20:35 6596
-  A +

Bu gün Türkiyə Futbol Federasiyası superliqanın hələ beşinci turunda baş tutan və sona qədər oynanmayan “Beşiktaş” – “Qalatasaray” matçı ilə bağlı qərarını açıqlayıb. Qol.Az-ın “Hürriyyət” qəzetinə istinadən yaydığı xəbərə görə, qərara əsasən, “sarı-qırmızı”lı kluba texniki qələbə (3:0) verilib.

Bu qərarla “Qalatasaray”ın xalı 13-ə yüksəlib.

Xatırladaq ki, həmin qarşılaşmanın son dəqiqələrində, hesab 1:2 qonaq komandanın xeyrinə olarkən meydan sahibi olan “Beşiktaş”ın azarkeşləri rəqib futbolçuların hərəkətlərinə etiraz olaraq meydana axışmış, bu səbəbdən hakimi matçı vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalmışdı.


Qarabağ FK
Son xəbərlər
topaz banner