Türkiyə Superliqası: "Fənərbaxça" liderliyini möhkəmləndirdi

Türkiyə Superliqası: "Fənərbaxça" liderliyini möhkəmləndirdi
DÜNYA FUTBOLU 21 Oktyabr 2013 / 01:10 3344
-  A +

Futbol üzrə Türkiyə Superliqasında VIII turun növbəti oyunları keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha 4 qarşılaşma baş tutub.

"Trabzonspor" - "Sivasspor" oyununda qapılara qol vurulmayıb.

"Qaziantepspor" - "Konyaspor" matçı isə məhsuldarlığı ilə yadda qalıb. Altı qolun vurulduğu görüşdə tərəflər hərəyə 3 dəfə fərqləniblər - 3:3.

"Fənərbaxça" səfərdə "Erciyesspor"un qonağı olub və 2:1 hesablı qələbə qazanaraq liderliyini bir qədər də möhkəmləndirib.

Qeyd edək ki, VIII tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

 

 



20 oktyabr

Türkiyə Superliqası, VIII tur


"Trabzonspor" - "Sivasspor" - 0:0
 
"Qaziantepspor" - "Konyaspor" - 3:3
Qollar:
Gekas, 35 (0:1), Tosun, 38 (1:1), Traore, 53 (2:1), 59 (3:1), Aydın, 66 (3:2), Kabze, 69 (3:3)
 
"Erciyesspor" - "Fənərbaxça" - 1:2
Qollar
: Mousa, Sou, 9 (0:1), Azofeyfa, 23 (1:1), Emenike, 90 (1:2)

"Antalyaspor" - "Akhisar Bələdiyyəspor" - 1:0
Qol:
Vederson,23 (1:0)



19 oktyabr

"Elazığspor" - "Eskişehirspor" - 0:2
Qollar:
N'Diaye, 45-pen (0:1), Xorquera, 49 (0:2)
 
"Gənclərbirliyi" - "Kasımpaşa" - 1:3
Qollar:
Çalık, 7 (1:0), Viudez, 15 (1:1), Skarione, 25 (1:2), Babel, 39 (1:3)
 
"Qalatasaray" - "Karabükspor" - 2:1
Qollar:
Sneyder, 41 (1:0), Akpala, 52 (1:1), Sneyder, 83 (2:1)


 
21 oktyabr

"Bursaspor" - "Kayserispor"
 
"Beşiktaş" - "Rizespor"



S Komandalar O Q H M Xal
1. Fənərbaxça 8 6 1 1 19
2. Beşiktaş 6 5 0 1 15
3. Kasımpaşa 8 5 0 3 15
4. Trabzonspor 8 4 2 2 14
5. Rizespor 7 4 1 2 13
6. Eskisehirspor 8 4 1 3 13
7. Akhisar 8 4 1 3 13
8. Sivasspor 8 4 1 3 13
9. Antalyaspor 8 3 3 2 12
10. Qalatasaray 7 2 4 1 10
11. Konyaspor 8 3 1 4 10
12. Karabukspor 8 2 2 4 8
13. Qaziantepspor 8 2 2 4 8
14. Bursaspor 7 2 2 3 8
15. Elazığspor 8 2 1 5 7
16. Erciyesspor 8 1 3 4 6
17. Kayserispor 7 1 2 4 5
18. Gənclərbirliyi 8 1 1 6 4


Son xəbərlər