Terim "Qalatasaray"dan getdi

Terim "Qalatasaray"dan getdi
DÜNYA FUTBOLU 24 Sentyabr 2013 / 22:23 5007
-  A +

"Qalatasaray" baş məşqçisi Fatih Terimlə yolları ayırıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 17:00-da  klub rəhbərliyi keçirdiyi iclasda   Terimin komandada qalıb-qalmamasını müzakirə edib.

İclasdan sonra klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergen baş məşqçi ilə yolları ayırdıqlarını açıqlayıb. Səbəb olaraq isə onun klub rəhbərliyinə hörmətsizlik etməsi göstərilib.

Bu qərardan sonra, o, yalnız Türkiyə millisini çalışdıracaq.

Qeyd edək ki, Terimin qarşıdakı günlərdə milli ilə may ayında bitəcək müqaviləni uzadacağı gözlənilir.


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu