“Lans”ın prezidenti və şəhər meri “Bakı” ilə görüşdü (VİDEO)

VİDEO 11 Sentyabr 2013 / 16:01 1791
-  A +

Fransanın “Lans” klubunun düşərgəsində olan “Bakı”nın 15 yaşadək futbolçulardan ibarət komandası ilə görüş keçirilib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirə “Lans”ın prezidenti Jerve Martel, Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov və Lans meri Rober Silveyni qatılıb.
 
J. Martel “Bakı”nın aşağı yaş qrupu üzrə komandasını Lansda görməyinə şad olduğunu bildirib. E. Əmirbəyov isə klublar arasında olan əməkdaşlığı yüksək qiymətləndirərək bunun hər iki ölkə üçün vacib olduğunu vurğulayıb.


Daha çox


Son xəbərlər