“Real”ın baş məşqçisi Joze Mourinyo UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda “İnter”ə qarşı keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında bəzi məqamlara aydınlıq gətirib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, portuqaliyalı mütəxəssis “Betis”ə 0:1 hesabı ilə uduzduqları görüşdən sonra “Real” futbolçularını “sadəlövh” adlandırmasından danışıb. O, bu ifadəni tənqid məqsədi ilə işlətmədiyini bildirib:
“Ola bilsin ki, “sadəlövh” sözüm mənfi mənada başa düşülüb. Mən bunu tənqid kimi deməmişdim, sadəcə reallığı təsvir edirdim. Sabah nəyi nəzərdə tutduğumu çox asanlıqla anlayacaqsınız”.
Mourinyo “Betis”lə oyunda Kilian Mbappenin yerinə yetirdiyi, lakin qolla nəticələnməyən penalti epizodunun VAR tərəfindən yenidən araşdırılmamasından narazılığını da dilə gətirib. O, həmin epizodla bağlı məsul şəxslərdən izahat tələb edib:
“Biz sadəcə “Betis”ə hücumdakı imkanlarımızı qola çevirə bilmədiyimiz üçün uduzduq. Amma penalti niyə yenidən yerinə yetirilmədi? VAR qaydaları bilmədiyi üçün, yoxsa bunu etmək istəmədiyi üçün? İstəyirəm ki, məsul şəxslər bu suala cavab versinlər. Əgər VAR qaydanı bilmədiyi üçün penaltinin təkrar olunmasını istəməyibsə, vəzifəsindən getməlidir. Əgər bunu istəmədiyi üçün etməyibsə, vəziyyət daha da pisdir. Qaydanı bilmirdisə, niyə hakimi monitorun qarşısına çağırmadı? Bu, bir qədər qəribədir”.
Portuqaliyalı mütəxəssis “Real”ın məğlubiyyətini həmin epizodla əlaqələndirmədiyini də vurğulayıb:
“Biz bu epizoda görə uduzmadıq. Penalti təkrar yerinə yetirilsəydi, bəlkə də yenə qola çevirə bilməyəcəkdik. Amma “Real”ın baş məşqçisi və futbolla məşğul olan bir insan kimi bunun niyə yenidən nəzərdən keçirilmədiyini bilmək istəyirəm”.
Mourinyo Vinisiusun “Betis”lə oyunda aldığı sarı vərəqəyə də münasibət bildirib. O, komanda kapitanının hakimə yaxınlaşarkən cəzalandırılmasının səbəbini anlamadığını deyib:
“Vinisius hakimə yaxınlaşanda, hətta ona çatmamış sarı vərəqə aldı. Bunun səbəbi maraqlıdır. Bizə deyilir ki, komandanın kapitanı hakimə nəzakətlə yaxınlaşıb izahat istəyə bilər. Mən bu qərarı da anlamaq istəyirəm”.
Xatırladaq ki, "Real" - "İnter " qarşılaşması sentyabrın 10-da Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı
“Qalatasaray”dan 4 qollu qələbə - Video
Premyer Liqa klubuna canlı maskotla bağlı xəbərdarlıq
"Qalatasaray" 6 qollu matçdan qalib ayrıldı
“Qalatasaray”ın Çempionlar Liqası rekordunu yenilədi
Bir ildən sonra yaşıl meydanlarda
Klub azarkeşlərin boykotunu dəstəklədi
“Şahdağ Qusar”ın baş məşqçisindən açıqlamalar