Milli komandanın DÇ-2014-ün seçmə qrup mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasındakı yaranmış fasiləni dəyərləndirmək üçün Gürcüstana təlim-məşq toplanışına gedən "Simurq", artıq dünən səhər saatlarında Tiflisə çatıb.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, ilk məşqinədə çıxan Zaqatala təmsilçisi, saat yarımdan artıq davam edən ilk hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Daha sonra fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət təmrinləri yerinə yetirib. Üç qrupa bölünərək “kvadrat” oynadıqdan sonra, taktiki tapşırıqlardan ibarət ikitərəfli oyunla hazırlıq tamamlanıb.
Qapıçılar Pavel Kapsa, Amil Ağacanov isə qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı məşq edib.
Sentyabrın 10-na qədər qonşu ölkənin paytaxtında qalacaq “Simurq” burada bir yoldaşlıq görüşü keçirməyi nəzərdə tutub. Bundan sonra vətənə qayıdacaq komanda Topaz Premyer Liqasının VI turu çərçivəsində keçiriləcək “Sumqayıt”la oyunun hazırlıqlarına başlayacaq.
Yuxarı
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı