Blatter: "100 milyon avroluq transferin qarşısını ala bilmərəm"

Blatter: "100 milyon avroluq transferin qarşısını ala bilmərəm"
DÜNYA FUTBOLU 4 Sentyabr 2013 / 02:35 4113
-  A +

"Real"ın (Madrid) Qaret Beyl üçün 100 milyon avro ödəyərək dünyanın ən bahalı transferini həyata keçirməsi futbol ictimaiyyətində böyük səs-küyə səbəb olub.

Qol.Az-ın məlumatına görə, məsələyə FİFA prezidenti Yozef Blatter də münasibət bildirib.

"Bu transferlər tam Avropa bazarına çevrilib. Ölkənin böhran içində olduğunu, maliyyə problemi yaşadığını deyirlər, ancaq futbol üçün pul tapırlar" - deyə o qeyd edib.

Y.Blatter bu cür bahalı transferlərdən narahat olduğunu dilə gətirib: "Ancaq belə 100 milyonluq transferdən şübhələnsəm də, buna mane ola bilmərəm. Garet Beyl Kriştiano Ronaldodan güclüdürsə, bunu sübut etməlidir".   

Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner