Peugeot öz tarixində ən güclü kütləvi avtomobilini təqdim edəcək

Peugeot öz tarixində ən güclü kütləvi avtomobilini təqdim edəcək
XƏBƏR 2 Sentyabr 2013 / 11:02 1722
-  A +

Frankfurtda bu ayın 12-də başlayacaq beynəlxalq avtoşouya məşhur fransız markası var gücü ilə hazırlaşır. Bu il şirkət sərgiyə 30 avtomobil modeli ilə gələcək.

Bunların arasında yenilənmiş 3008 və 5008, yeni 308, yeniləşmiş 308R və brendin tarixində ən güclü kütləvi modeli olacaq yeni RCZ-R var. Modelləri haqqında məlumat yaymağa tələsməyən Peugeot bəzi şəkilləri və maraqlı məlumatları jurnalistlərə ötürərək, artıq kifayət qədər ajiotaj yarata bilib.

Peugeot-nun ətraf mühitin müdafiəsinə yönəlmiş texnologiyaların inkişafına çalışdığı göz qabağında - sərgidə bir xeyli eko-həlləri nümayiş etdirməklə ətraf mühitə dost avtomobillər sırasına malik olduğunu göstərəcək. Demək olar ki, bütün Peugeot modellərində təbiətə daha az zərər verən mühərrik, həmçinin hybrid elektro-dizel motoru mövcuddur. Peugeot 208 HYbrid FE və 2008 HYbrid Air modelləri brendin bu sahədə yeniliklərinə nümunədir.

Peugeot 308 yeni modul platforması sayəsində dinamikliyini saxlamaqla bərabər, daha yüngüldür. Avtomobilin eksteryeri daha “şəhərli”, interyeri isə geniş, rahat və yararlı olub. Cihazlar paneli 9-düymlük ekranla təchiz edilib. Yeni LED-optika Peugeot 308-in visit kartı sayıla bilər.

Peugeot 3008 və 5008 də fərqli cizgilərə yiyələnib – lazer oymalar, rəngli mikrodispley və avtomobilin ön hissəsində kiçik dəyişikliklər brendin hələlik açıqladığı yeniliklərdir. Peugeot stendinin favoriti isə Avropada artıq özünə böyük fanat kütləsi toplamış RCZ-R olacaq. Avtomobilin 270 at gücünə malik mühərriklə çalışacağı və aşağı asqısı onun sürət sevənlərə daha böyük həzz verəcəyini deyir.

65-ci Frankfurt avtoşousu 10 gün davam edəcək. Şouda Jaguar, Porsshe, BMW, Opel, Mazda, Cənubi Koreya nəhəngi Hyundai-ın da avtoşouya bir sıra yeniliklərlə gələcəyi gözlənilir.






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq