"Qəbələ" hazırlığını davam etdirir (FOTOLAR)

"Qəbələ" hazırlığını davam etdirir (FOTOLAR)
XƏBƏR 30 Avqust 2013 / 00:05 1555
-  A +

Topaz Premyer Liqasının V turunda doğma meydançada "Xəzər Lənkəran"ı qəbul edəcək "Qəbələ" günü bir məşqlə tamamlayıb.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, günün ikinci yarısında baş tutan hazırlıq prosesində sadiq azarkeşləri "qırmızı-qaralar"ı yalnız qoymayıb.

Məşq boyunca komandaya dəstək verən "Qəbələ" "fan"ları heyət üzvlərini tək-tək səsləyərək onlara sevgilərini nümayiş etdiriblər. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.
 
Məşqdə yüngül zədəsi olan Omar Kalabane komandadan ayrı çalışıb. Bərpa prosesini tamamlamaqda olan Nuran Qurbanovun isə sabah əvəzedicilərin heyətində "Xəzər Lənkəran"a qarşı meydana çıxması gözlənilir. 

 


























Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq