Naxçıvanın “Araz” komandası I divizion görüşləri öncəsi Neftçalanın eyniadlı komandası ilə yoldaşlıq görüşü keçirib.
Klubun mətbuat xidmətindən Qol.Az-a verilən xəbərə görə, yeni təmir olunmuş Naxçıvan Muxtar Respublika stadionunda baş tutan yoldaşlıq görüşü futbol həvəskarlarına oyundan zövq almaq imkanını bəxş edib. Oyunun birinci hissəsində hesab açılmasa da, ikinci hissənin ilk dəqiqələrindən azarkeşlər həyəcanlı dəqiqələr yaşayıblar. Qonaq komanda matçın 60-cı dəqiqəsində Amil Yunanovun zərbəsi ilə hesabı açmağa müvəffəq olub – 0:1. Oyunun 89-cu dəqiqəsində “Neftçala” futbolçusunun kobud oynaması nəticəsində hakim 11 metrlik cərimə zərbəsi təyin edib. Bu imkandan lazımınca bəhrələnən “Araz” hesaba tarazlıq gətirməyi bacarıb. Qolu Elgün Abbaslı vurub. Oyunda başqa qol olmadığından matç bu hesabla yekunlaşıb.
Yoldaşlıq görüşü olmasına baxmayaraq, matçı 4000-dək azarkeş izləyib.
Yuxarı
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu