Simurq" 2013/14-cü il mövsümünə hazırlıq mərhələsinin üçüncü mərhələsini Avstriyada davam etdirir.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "Apoel"in son anda yoldaşlıq görüşündən imtina etməsi, məşqçilər korpusunun planlarını dəyişib və "Simurq" günü iki məşqlə tamamlayıb.
Səhər məşqində baş məşqçi Georgi Çixradze futbolçularını çox yormayıb. Müxtəlif isinmə hərəkətləri və "kvadrat"dan sonra qapıya zərbələrlə hazırlıq tamamlanıb.
Axşam hazırlığının əvvəlində isə fiziki təmrinlər yerinə yetirildikdən sonra məşqin əsas hissəsinə keçilib. Taktiki tapşırıqlar məşq edilib. İki qrupa bölünərək qısa və uzun ötürmələr üzərində çalışılıb. Qapıya zərbələr yerinə yetirilib. Bundan sonra isə hər hissəsi 15 dəqiqədən ibarət ikitərfli futbol oynanılıb. Məşqin sonunda isə futbolçular mövqelərinə görə bölünüb. Müdafiəçilər köməkçi məşqçi İqor Qetmanın rəhbərliyi altında məşq etdiyi halda, hücumçular baş məşqçi Georgi Çixradzenin nəzarətində müxtəlif ev tapşırıqları hazırlayıb, cərimə zərbələri vurub. İki saata yaxın davam edən məşq prosesi başa çatdıqdan sonra məşqçilər korpusu oyunçulara istirahət verib.
"Simurq" bu gün də təlim-məşq toplanışının proqramına uyğun olaraq iki məşqlə hazırlığı davam etdirəcək.
Yuxarı
Leau zəddəsini sağaltdı
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi