II “Qəbələ kuboku” turnirinin yarımfinal qarşılaşmasında 15 yaşlılardan ibarət “Barselona” və “Porto” komandaları üz-üzə gəlib. Görüş Portuqaliya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Qol.Az-ın məlumatına görə, oyundan sonra “Barselona”nın baş məşqçisi Fransesk Artiqa jurnalistlərin suallarını cavablandırıb.
- Əvvəlcə matç haqda fikirlərinizi bilmək istərdik.
-Onu deyə bilərəm ki, birinci hissə turnirdə oynadığımız ən yaxşı oyun idi. Futbolçumuz Linin ilk hissədə bir neçə yaxşı qol vəziyyəti oldu. Ancaq istifadə edə bilmədi. Demək olar ki, oyuna nəzarət bizdə idi. İkinci hissə eyni şəkildə başladı. Ancaq müdafiədə səhvə yol verdik və qapımızda qol gördük. “Porto” hesabda önə keçdikdən sonra bizim üçün çox çətin oldu. İstədiyimiz oyun alınmadı. Bundan sonra etdiyimiz dəyişikliklər də öz nəticəsini vermədi. Futbolda sona qədər mübarizə etmək lazımdır. Rəqib “Porto”nu da təbrik edirəm.
- Nəticəni gözlənilməz saymaq olar, yoxsa bu reallıqdır?
- “Porto”nu əvvəldən tanıyırdıq. Bilirdik ki, çox yaxşı komandadır. Ona görə də uduzmaq reallıqdır.
- Turnirin təşkilatçılığı ilə bağlı nə deyə bilərsiniz?
- Həqiqətən gördüyüm şəraitdən yaxşı mənada təəccübləndim. Komandaların səviyyəsi də yüksək dərəcədədir.
- Hakimlərlə bağlı fikrinizi bilmək istərdik.
- Hakimlər haqda ancaq xoş sözlər demək olar. Oyunun nəticəsinə təsir edəcək heç bir səhv etmədilər.
- “Bakı” və “Qəbələ” klublarını necə dəyərləndirirsinz?
- “Qəbələ” ilə oyunun birinci hissəsində rəqib çox yaxşı təsir bağışlayırdı. Ancaq hər iki komandada yorğunluq var idi. Məncə, yalnız texniki cəhətdən “Qəbələ”ni üstələdik və qələbə qazandıq.
- “Qəbələ”də perspektivli futbolçular gördünüz?
- Qəbələdə gördüyüm şərait onu deməyə imkan verir ki, bir neçə oyunçu yox, bütün komanda yaxın vaxt ərzində səviyyəli bir kollektiv olacaq və futbolçular ən güclü klublarda oynayacaq.
- Növbəti illərdə də “Qəbələ kuboku” turnirində iştirak etmək istərdiniz?
- Bu turniri çox bəyənirəm və ümid edirəm ki, gələn il də bura gələcəyik. Bu həm də gələn ilin may ayındakı vəziyyətimizdən asılıdır.
Arne Slotdan etiraf
20 il sonra “Kamp Nou”da
Dünyanın ən yaxşı "tək klublu" futbolçuları kimlərdir?
“Barselona” bir matça görə 10 milyon qazana bilər
Klub futbolçusuna görə yığmanı FİFA-ya şikayət etdi
Çempionşip klubunun apellyasiya şikayəti rədd edildi
"Yuventus" "Liverpul"un qapıçısına göz dikdi
“Cəbrayıl”ın 3 qollu qələbəsindən - Video
AVRO-2032 Türkiyədə keçirilə bilər
Millinin baş məşqçisi istefa verdi
Noyer pley-off tarixinə düşdü
"Arsenal" bu göstəricidə Avropada liderdir
“Ayaks” Avstriya klubu ilə əməkdaşlıq edəcək
Daha az maaşla klubunda qaldı
"Millini çalışdırmaq istəsə, onu dəstəkləyərdim"
“Bakı Sportinq” və “Cəbrayıl” tura qələbə ilə başladı
14 illik həsrət bitdi
Azərbaycan millisinin İspaniyadakı ilk məşqindən - Şəkillər
Matçın ən yaxşısı seçilən 40 yaşlı Noyerdən açıqlama
Daha 4 il üçün federasiya prezidenti seçildi
Növbəti mövsüm ÇL-də İngiltərənin 5 klubu iştirak edəcək
"Barselona" bu hücumçunu satacaq
"Marsel"in baş məşqçisinin evi qarət olundu
"Qarabağ"da iclas keçirildi - Şəkillər
Çempionlar Liqasında rekord qırdı
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
Son 4 mövsümün ən böyük hesabı