II “Qəbələ kuboku” turnirinin yarımfinal mərhələində bu gün “Barselona”ya qalib gələrək fnala adlayan “Porto”nun 15 yaşlılardan ibarət komandasının baş məşqçisi Antonio Folya jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə o, komandasından razılığını bildirib.
-Əvvəla qələbə münasibəti ilə sizi təbrik edirik.
- Təşəkkür edirəm.
- Finla çıxmaq çətin olmadı ki?
- Əlbəttə, “Barselona”ya qarşı oynamaq hər bir klub üçün çox çətindir. Sona qədər mübarizə apardıq. İstədiyimiz oyunu göstərə bildik. Ona görə də qalib gəldik.
- “Qəbələ kuboku” turnirini necə dəyərləndirirsiniz?
- Bu turniri təşkil edənlərə böyük təşəkkürümü bildirirəm. Burda olduğumuz müddətdə özümüzü evdəki kimi hiss edirik. Təşkilatçılıq yüksək səviyyədədir.
- “Qəbələ” ilə üzləşə bilmədiniz. Amma oyunlarını izləmisiniz. “Qəbələ” klubu haqqında nə deyə bilərsiniz7
- Məni “Qəbələ” daha çox təəccübləndirdi. Bu komanda “Bakı”dan yaxşı çıxış edir.
- “Bakı”nın 17 yaşlı futbolçusu Mahir Mədətov bu yaxınlarda “Porto” ilə müqavilə bağladı. Bu haqda məlumatınız var?
- Bu barədə heç nə bilmirəm.
- Finalda “Şaxtyor” yoxsa, “Feyenord”la oynamaq istədiniz?
- Mənim üçün fərqi yoxdur.
- Ötən mövsüm “Sumqayıt”ın futbolçusu Orxan Əliyev də “Porto”da baxışda olub. Bu haqda necə məlumatınız var?
- Bu haqda da məlumatım yoxdur.
- 7 nömrəli futbolçunu komandaya necə gətirmisiniz?
- O, əslən Qvineyadandır. Ancaq valideynləri Portualiya vətəndaşlarıdır.
- “Barselona”nın 9 nömrəli futbolçusu Lini turnirin ən yaxşısı adlandırırlar. Ancaq sizin 7 nömrəli futbolçunuz daha yaxşı təsir bağışlayır.
- Əminliklə deyə bilərəm ki, mənim oyunçum turnirin ən yaxşısıdr.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu