PFL-dən klub mühafizəçilərinə qadağa

PFL-dən klub mühafizəçilərinə qadağa
ÖLKƏ FUTBOLU 30 May 2013 / 19:10 2871
-  A +

“Növbəti mövsümdən futbolçuların ayağı dəyən yerdə klub mühafizəçiləri görünməyəcəklər”. Bu haqda Lent.az-a Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
 
Onun sözlərinə görə, klub mühafizəçiləri oyunlar zamanı və sonra stadionda yalnız tribunalarda yer ala bilərlər. Bu qərar futbol üzrə Azərbaycan Kubokunda “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilmiş Azərbaycan Kubokunun final matçından sonra baş verən olaylardan sonra çıxarılıb. Həmin vaxt “Neftçi” mühafizəçiləri “Xəzər Lənkəran”ın futbolçusu Kamran Abdullazadəni ayaqlar altına salaraq, döyüblər.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?

04.10.24  10:56

Okan Buruk üzr istədi