II "Qəbələ kuboku" turnirində bu gün "Şaxtyor"a 0:2 hesabı ilə məğlub olan "Beşiktaş"ın 15 yaşlı futbolçulardan ibarət komandasının baş məşqçisi Kaan Dəmir jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, o, turnir barədə təəssüratlarını bölüşüb.
- II “Qəbələ” turniri haqqında təəssüratlarınızı bilmək istərdik.
- Turnir haqqında onu deyə bilərəm ki, çox yüksək səviyyədə təşkil olunub. Biz nəticələrə çox da önəm vermirik. Çünki 15 yaşlı futbolçuların indiki nəticəsi yox, gələcəyi bizi düşündürür. Sadəcə oyunçuların ölkə xaricində böyük təcrübə qazanmaq baxımından vacib bir yarışmadır.
- “Beşiktaş”ın “Şaxtyor”la oyunu “Qəbələ” üçün də əhəmiyyətli idi. Ən azı heç-heçə etsəydiniz, “Qəbələ” yarımfinala çıxardı. Amma 0:2 hesabı ilə məğlub oldunuz.
- Komandamız sona qədər mübarizə apardı. Dörd dəfə belə turnirə qatılmışıq. Qəbələdə isə ilk dəfə olurduq. Buradakı rəqiblər səviyyəli komandalardır. Ona görə də, oyunlar çətin keçir. İlk oyunda – “Barselona” ilə qarşılaşmada hakimin bəzi qərarları bizim ziyanımıza işləyirdi. Sonradan “NTV Spor”dan izlədim və hakimin səhv qərar verdiyini gördüm. Bu da futbolçuları ruhdan sala bilər.
- Sizin üçün turnirin favoriti kimdir?
- Digər qrupun matçlarını yaxşı izləyə bilməmişəm. “Barselona”nın yaxşı oynadığını görürük. Məncə, “Barselona” və “Porto” finala çıxa bilər.
- Türkiyə mətbuatı II “Qəbələ” turniri haqqında nələr yazır?
- Bizimlə birgə “NTVSpor”da burdadır. Münasibətləri çox yaxşıdır. Təşkilatçılığı və Qəbələni çox bəyəniblər. Mən də bu turnirdə əziyyət çəkən hər kəsə təşəkkür edirəm.
- Azərbaycan klubları haqqında nə fikirdəsiniz?
- Premyer Liqanı izləyə bilmirəm. Ancaq milli komandanızın getdikcə inkişaf etdiyini söyləyə bilərəm.
- Bu turnirdəki Azərbaycan klubları haqda nə deyə bilərsiniz?
- Bilirəm ki, daha əvvəl “Qəbələ” Futbol Alademiyasına Əli Yavaş başçılıq edib. Onun necə futbolçular yetişdirdiyini də bilirəm. “Qəbələ”nin 3-4 futbolçusu daha istedadlıdır. Komanda kimi də yaxşı mübarizə aparırlar. Bu komandanın çıxışından məmnun qaldım.
- Komandanızın hansı problemlərini üzə çıxardınız? Hücumçularınızı dişsiz görünürdü. Bir qol vurub, yeddi qol buraxdınız.
- Razıyam. Türkiyədəki çıxışımızla müqayisədə çox zəif çıxış edirik. Türkiyədə 37 oyuna çıxdıq. Mövsümün sonudur, oyunçularda yoğunluq var. Komandamız Türkiyədə öz yaş qrupunda ən çox qol vuran komandadır. Bu mövsüm 19 qol vurmuşuq. Amma indi heyətdə 7-8 təzə oyunçu var. İlk dəfədir ki, onlar komandada çıxış edir. Onları da sınaqdan keçiririk. Futbolçularımız müntəzəm hücumlar etməyə çalışır. Ancaq razıyam ki, hücumda zəif təsir bağışlayırıq. Yenə deyirəm, Türkiyədə belə oynamırıq. Həm də burda vaxt çox azdır. Bu vaxt ərzində istədiyimizi edə bilmirik.
- Türkiyədə keçirdiyiniz 37 matçda komandanız neçə qol vurub?
- 84.
Ramiq AĞAMƏMMƏDOV
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində
Renat Dadaşovun yeni klubu açıqlandı
Yamal “Barselona”nın tarixinə düşdü
Zubir müqavilə bağladı və debüt etdi! - Şəkillər
"Qalatasaray"ın uğursuz startı - Video
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Ronaldo 979-cu qolunu vurdu
"Qalatasaray" məğlubiyyətlə başladı, PSJ-dən qol şousu - ÇL
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu