Rail Məlikov və Arif İsayevdən etiraz (VİDEO)

VİDEO 14 May 2013 / 17:16 2821
-  A +

Azərbaycanlı futbolçular Rail Məlikov və Arif İsayev də daxil olmaqla Türkiyənin “Dənizlispor” komandasının oyunçuları klub rəhbərliyinə qarşı etiraz tədbiri keçirib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, komanda üzvlərinin keçirdiyi mətbuat konfransında bildirilib ki, futbolçular “Dənizlispor”u birinci liqada saxlamağı bacarsalar da, klub tərəfindən vəd edilən 300 min lirə (təqribən 130 min manat) hələ də oyunçulara ödənilməyib.
 
“Ankaragücü” ilə oyundan əvvəl bizə bildirilmişdi ki, qələbə qazansanız sizə bu qədər pul veriləcək. Amma onlar bunu etməyiblər” – deyə futbolçuların yaydığı bəyanatda bildirilib.

Futbolçular qeyd ediblər ki, onlar mükafatlarını ala bilmədikləri üçün son çarəni mətbuat konfransı keçirməkdə görərək bu etiraz tədbirinə əl atıblar.
 

Daha çox


Son xəbərlər