Volkan – Səbri davası: kim kimə söyüb? (VİDEO)

Volkan – Səbri davası: kim kimə söyüb? (VİDEO)
VİDEO 14 May 2013 / 13:14 2960
-  A +

Türkiyə superliqasında bazar günü başa tutan “Fənərbaxça” – “Qalatasaray” oyununun (2:1) sonlarında meydan sahibi komandanın kapitanı Volkan Dəmirəllə “Cim-bom”un futbolçusu Səbri Sarıoğlu arasındakı insidentin səbəbi bəlli olub.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Volkan qeyd edib ki, top künc xətti keçdikdən sonra Səbri ona toxunub və bu zaman söyüş işlədib. “O, meydana futbol oynamağa yox, təxribat yaratmağa çıxmışdı. Həmin vaxt Səbri mənə söydü, sonra eyni şeyi Droqba da etdi. Onun istəyi budur ki, “Fənərbaxça”nın stadionu cəza alsın”.

O da bildirilir ki, baş hakim Cüneyt Çakır hər iki futbolçuya qırmızı vərəqə göstərdikdən sonra Volkan sol əliylə Səbriyə sarılaraq onun qulağına pıçıldayıb və anasına söyüb.

 

Daha çox


Son xəbərlər