“Barselona” rəsmi olaraq 2012/13-cü il mövsümünün qalibi adını qazanıb. Qol.Az-ın məlumatına görə, bu, Kataloniya təmsilçinin ən yaxın izləyicisi “Real”ın “Esponyol”la heç-heçə (1:1) etdiyi oyundan sonra baş verib.
Hazırda Madrid təmsilçisinin ehtiyatında 81 xal var, bununla da onlar “Barselona”dan yeddi xal geri qalırlar. Bundan başqa, “Real”ın çempionatda cəmi iki oyunu qalıb. “Barselona” isə bundan sonra hələ üç matç keçirməlidir. Bu qarşılaşmalarda hansı nəticənin qeydə alınmasından asılı olmayaraq, Kataloniya təmsilçisi 113 illik tarixi ərzində 22-ci dəfə İspaniya çempionu adını özü üçün təmin edib.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi