Bundesliqada yarışan “Şalke”nin yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə indiyədək baş məşqçinin səlahiyyətlərini icra edən Yens Keller təyin olunub.
Klubun rəsmi nümayəndəsi Klemens Tyennis bildirib ki, Keller komanda üçün ən çətin məqamda kollektivi qəbul edib və işininin öhdəsindən bacarıqla gəlib. Y.Keller “Şalke” ilə 2015-ci ilə qədər müqavilə imzalayıb.
Qeyd edək ki, buna qədər novbəti mövsümdən “Şalke”ni Ştefan Effenberqin çalışdıracağı haqda məlumatlar yayılmışdı.
Dibala ölkəsinə qayıdır
Fati satılacaq
Birlikdə 100 qol vurdular
Alvares La Liqadan gedəcək?
"Atletiko" - "Arsenal" matçının start heyətləri açıqlandı
Muradov başladı, Cəfərli bitirdi
FİFA DÇ-2026-nın mükafat fondunu artırdı
"Şahdağ Qusar" və "Mingəçevir"dən qələbə, "Şəfa" xal itirdi