“Barselona”nın hücumçusu Lionel Messi “Real”dakı həmkarı Kriştiano Ronaldo ilə münasibətləri ilə bağlı açıqlama verib. Qol.Az-ın məlumatına görə, Argentinanın “El Grafico” jurnalına müsahibəsində o deyib ki, hələ indiyədək heç bir oyundan sonra Ronaldo ondan forma istəməyib. “Eyni zamanda mən də ondan forma xahiş etməmişəm. Ümumiyyətlə, forma dəyişməyi çox sevmirəm” – deyə Messi vurğulayıb.
O, “Qızıl top” mükafatının təqdimetmə mərasimindəki görüşlərinə də toxunub: “Belə görüşlər zamanı bir-birimizə ancaq sansağlığı arzulayırıq. Başqa heç nə barədə danışmırıq. Bunun mənası da yoxdur. Çünki eyni komandada oynamırıq ki, hansısa mövzumuz da olsun”.
Messi həmçinin etiraf edib ki, komandasının məğlubiyyətlərini ürəyinə salır: “Son dəfə buna görə nə vaxt ağladığımı xatırlamıram. Amma belə hallar çox olub. Meydana çıxanda isə heç vaxt rekord barədə düşünmürəm. Fikrimi ancaq oyuna yönəldirəm”.
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda
"Sabah"ın U-19 komandası da Mançester səfərində