"Simurq" Topaz Premyer Liqanın 30-cu turunda "Neftçi" ilə oyunun hazırlıqlarına başlayıb.
Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bugün səhər saatlarında çalışmalara start verən "sarı-qaralar"ı əvvəlcə baş məşqçi Georgi Çixradze ətrafına yığaraq ənənəvi söhbət edib, bir daha qələbə münasibətilə təbrik edib və tapşırıqlarını verib. Daha sonra futbolçular iki qrupa bölünərək hazırlıqlara başlayıb. Əsas heyətdə meydana çıxanlar yüngül qaçış və isinmə hərəkətləri ilə məşqi tamamlayaraq istirahətə çəkilib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında müxtəlif tapşırıqları yerinə yetiriblər. Sonda isə iki qrupa bölünərək ikitərəfli futbol oynayıblar. Dünən ikinci qolda zədələnərək məcburi əvəzlənən oyunun qəhrəmanı Nicat Qurbanovda bu günkü hazırlıqda iştirak edib.
Qeyd edək ki, "Neftçi" ilə oyunda sarı vərəqə limitini keçən İlkin Qırtımov forma geyinə bilməyəcək. Onunla yanaşı, Nicat Qurbanov və Eyyub Əliyevdə paytaxt klubundan icarə əsasında heyətə qatıldığından müqavilə şərtlərinə uyğun olaraq meydana çıxa bilməyəcək.
Yuxarı
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi
Azərbaycan cüdoçularının ilk rəqibləri açıqlandı
Verdaskanın zədəsi ciddidir - "Kəpəz" açıqladı
Nəhəng kapitan internet qəhrəmanına çevrildi - Şəkil
Mendilibarı həmyerlisi əvəzlədi
"Mançester Yunayted" "Sahah"la yubiley oyununa çıxır
“Kamp Nou”da media sektoru yağış altında qaldı - Video
Jurnalist səhv etdi, Mourinyo düzəltdi
Yaya Ture bunu bacaran ilk afrikalı baş məşqçi oldu
"Olimpiakos" tarixi uğur qazanmış baş məşqçi ilə vidalaşdı
"Qarabağ"ın sabiq futbolçusu dünyasını dəyişib
"Hakim əleyhimizə işləyirdi" - Okan Buruk
Çempionlar Liqasının oyunları bu kanallarda