“Mançester Yunayted”in futbolçusu Suaresi ələ saldı (VİDEO)

VİDEO 23 Aprel 2013 / 13:13 2497
-  A +

“Aston Villa”nı 3:0 hesabı ilə məğlub edərək İngiltərə çempionu adını təmin edən “Mançester Yunayted”in futbolçularından Patris Evra “Liverpul”un futbolçusu Luis Suaresi ələ salıb. Qeyd edək ki, “Çelsi”ylə matçda Suares rəqib futbolçu Branislav İvanoviçin qolunu dişləmişdi. Qol.Az-ın məıumatına görə, Evra çempionluğu bayram edərkən “parçalanmış” bir oyunçuq qolu nümayiş etdirib. Xatırladaq ki, Evra ilə Suares arasında münasibətlər soyuqdur. Suares Evraya qarşı irqçiliyə görə səkkiz oyun cəza almışdı.

Daha çox


Son xəbərlər