"Xəzər Lənkəran" "Bakı" ilə oyuna itkilərlə hazırlaşır

XƏBƏR 23 Aprel 2013 / 12:34 1925
-  A +

Sabah Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bakı” nı qəbul edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, səhər saatlarında başlayan məşqdə futbolçular saat yarım ərzində məşqçilər korpusunun verdiyi çalışmaları səylə yerinə yetiriblər. Hazırda komandanıın heyətində Dimitrios Sialmas, Alvaro Silva və Adrian Pit zədədən əziyyət çəkir. Adıçəkilən futbolçuların meydana çıxıb-çıxmayacağı oyun saatına yaxın məlum olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Bakı" matçı aprelin 24-ü baş tutacaq.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə