Suares rəqibinin qolunu dişlədi (VİDEO)

Suares rəqibinin qolunu dişlədi (VİDEO)
VİDEO 22 Aprel 2013 / 12:43 2538
-  A +

İngiltərə Premeyr Liqasının 34-cü turunun “Liverpul” –“Çelsi” matçında qəribə hadisə baş verib. Qol.Az-ın məlumatına görə, meydan sahiblərinin futbolçusu Luiz Suarez matçın 68-ci dəqiqəsində rəqibin oyunçusu Branislav İvanoviçin qolunu dişləyib. Hakim isə bu epizoda görə futbolçuya vərəqə verməyib.

Qeyd edək ki, bu Suarezin ilk belə addımı deyil. Uruqvaylı hücumçu hələ  “Ayaks”da forma geydiyi vaxtda PSV-nin oyunçusu Otman Bakkala qarşı da eyni hərəkəti etmişdi. Həmin vaxt oyunçuya yeddi oyunluq cəza verilmişdi. İndiki hərəkətinə görə də futbolçunu cəza kəsiləcəyi istisna edilmir.


Daha çox


Son xəbərlər