Avropada Hyundai brendinin bestselleri olan i30-un yeni nəsil modeli Azərbaycan mediasına təqdim edib.
Xarici görünüşü tamamilə dəyişən Hyundai i30 daha müasir və daha sportiv eksteryer dizaynına malikdir. Bu dizayn yeniliyi fara və qapı tutacaqlarının forma və işlənməsindən tutmuş, təkərlərin 16 düymlük lehimli disklərinədək hiss olunur. Bütöv şüşə tavan və lyuk avtomobilə lyuks görünüş verir. Əlavə stop işıqları, LED işıqlar lazımlı yeni elementlərdir, arxa duman əleyhinə faralar isə sinfinə xas olmayan yenilikdir.
Avtomobilin interyeri daha geniş və rahatdır. Sol ayağın rahatlığı üçün sürüşməyən ayaqaltı, əyləc pedalının yeni görünüşü kimi xırda detallarla yanaşı, avtomobilin bütün komandasını sürücünün əlində saxlayan çoxfunksiyalı sükan kimi vacib yeniliyi var. Bort kompüter, audio sistem, bluetooth və avtopilot, ön və arxa şüşətəmizləyənlər teleskopik və qızdırılan sükandan idarə edilir. Digər əhəmiyyətli yenilik isə 2 zonalı klimat kontrol sistemidir.
Hyundai i30-un müasirliyini multimedia sistemi bir daha göstərir. Müxtəlif qadcet – ipod, USB keçidləri kiçik, amma xoş sürprizlərdir.
Parkinq sensorlarının idarə olunması üçün əlavə düymə sürücünü istəmədiyi səs-küydən azad edir.
Hyundai i30 sinfinin ən təhlükəsiz avtomobillərindən sayılır. Avtomobil ötən il Euro NCAP-da 5 ulduz alıb. i30 sinfində uşaqların təhlükəsizliyi kateqoriyasında ən yüksək - 90% göstərici nümayiş etdirib. Böyüklərin təhlükəsizliyi kateqoriyasında da avtomobilin göstəricisi eynidir. Erqonomik oturacaqlar və aktiv başaltlıqları arxa toqquşmalar zamanı zədələnmələrdən qoruması ilə yüksək qiymətləndirilir.
Yeni nəsil Hyundai i30 bir sıra mükafatlara layiq görülüb. Təkcə Böyük Britaniyada ‘Ən yaxşı qiymətə Heçbək’, ‘İlin avtomobili’, ‘Ən yaxşı ailə avtomobili’ adları almışdır.
Yeni nəsil Hyundai i30-un ideya və dizaynı brendin Almaniyada Rüsselsheim şəhərindəki Avropa araşdırma və inkişaf mərkəzində hazırlanıb, istehsalı isə Çexiyadakı zavoduna aiddir.
Hyundai markasını Azərbaycanda Auto Azərbaycan şirkəti təmsil edir. Azərbaycan avtomobil bazarının liderlərindən sayılan Auto Azərbaycan 17 ildir ki, yüksək servis səviyyəsi, orijinal ehtiyat hissələri və etibarlı zəmanət təklifi ilə müştəriləri arasında etibar qazanıb.
Yuxarı
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi
Arda Turan PSV ilə oyundan danışdı
“Akademiyamızda çox istedadlı uşaqlar var” - Nadir Nəbiyev
Patrik Dorqu: “Sabah”ın ustalığı görünür”
Çempionlar Liqasında həftənin oyunçusu adına 4 namizəd
Pokatilov ÇL-də ən çox qurtarış edən qapıçılar arasında
"Bazel" Lixtştayneri istefaya göndərdi
“Mən onun böyüyüyəm, “davam edəcəksən” dedimsə, bitdi!”
“Bavariya”dan Çempionlar Liqasında inanılmaz seriya
"Mançester Yunayted" - "Sabah" matçının - Videoicmalı
Maykl Kerrik “Sabah”ı təriflədi
"Bu oyundan dərs çıxaracağıq" - Valdas Dambrauskas
"Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı açıqlandı
"Sabah"dan ağır məğlubiyyət - Çempionlar Liqası
İsmayıl Kartal “Fənərbaxça”dan istefa verdi
“İmişli”yə qayıtdı
“Fənərbaxça” və “Şaxtyor”dan heç-heçə
Məşhur futbolçuya qarşı şok ittiham
"Mançester Yunayted" - "Sabah": Heyətlər
"Zirə" - "Qarabağ" oyununun hakimi müəyyənləşdi
1-ci liqada 3 oyun keçirildi
Hakim Ziyeş rəsmən “Botafoqo”da
“Turan Tovuz” Aleksa Yankoviçi transfer etdi
Lamin Yamal Arda Gülerin rekordunu qırdı
"Fənərbaxça"nın sabiq futbolçusu karyerasını başa vurdu
“Sabah” UEFA Gənclər Liqasına ağır məğlubiyyətlə başladı
Fransa İnfantinoya dəstəyini geri çəkdi