Toşak futbolçuları bir araya gətirdi (FOTOLAR)

XƏBƏR 2 Aprel 2013 / 13:07 2695
-  A +

“Xəzər Lənkəran” AZAL-la oyunundan sonra bir günlük istirahətin ardından bu gün məşqlərinə start verib.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, bu günə təyin olunan yeganə məşq ehtiyat meydançada saat 10.30-da başlayıb. Con Toşakın rəhbərliyi altında futbolçular toplu çalışmalarla müxtəlif tapşırıqları yerinə yetirib. Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdur.

Topaz Premyer Liqanın 25-ci turunda “Kəpəz”in qonağı olacaq komanda cümə axşamına qədər hazırlığını Lənkərandakı bazasında sürdürəcək.
Qeyd edək ki, “Kəpəz” – “Xəzər Lənkəran” matçı aprelin 6-ı baş tutacaq.

Toşak futbolçuları bir araya gətirdi (FOTOLAR)

 
Toşak futbolçuları bir araya gətirdi (FOTOLAR)
 
Toşak futbolçuları bir araya gətirdi (FOTOLAR)
 
Toşak futbolçuları bir araya gətirdi (FOTOLAR)
 

Səhifənin yuxarısına keçidYuxarı

Qarabağ FK
Son xəbərlər
topaz banner