"Rəvan" hazırlıqlara start verib (FOTOLAR)

XƏBƏR 1 Aprel 2013 / 22:00 1441
-  A +

Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Turan”ı məğlub edən(2:6) "Rəvan"  bir günlük istirahətə buraxıldıqdan sonra bu gün yenidən məşqləri bərpa edib.
 Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, saat 16:00-da "Bayıl Arena”da başlayan məşq bərpaedici xarakterli olub. Futbolçular fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin nəzarəti altında təxminən 1 saat yüngül məşqlər edib. Ardından kiçik zonalarda topu özündə saxlamağa çalışaraq futbolçular 1 toxunuşlu dəqiq ötürmələr üzərində işləyib. Sonra isə meydanın yarı hissəsində ikitərəfli oyun olub.

Qeyd edək ki, zədələndiyi üçün "Turan”la matçı buraxan Samuel Barlay da komanda ilə birgə məşqlərdə iştirak edib.
















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər