Sabahdan Topaz Premyer Liqasının XXIV turuna start veriləcək. Qol.Az-ın məlumatına görə, "Simurq" Zaqatala şəhər stadionunda “Bakı”nı qəbul edəcək. Paytaxt təmsilçisilə 15-ci duelinə çıxacaq sarı-qaralar, artıq hazırlıqları tamamlayaraq qarşılaşmanın başlama vaxtını gözləməyə başlayıb.
Bugün növbəti məşqinə çıxan “Simurq” tam heyətlə çalışmalara davam edib. Yalnız “Qarabağ”la oyunda qırmızı vərəqə alan Rəşad Eyyubov və zədədən yeni qayıdan Asif Mirili son hazırlıqda Georgi Çixradzenin ixtiyarında olmayıb.
Zaqatala təmsilçisinin bu günkü məşqi əvvəlcə qısa məsafəli qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra isə meydanın mərkəzində iki qrupa bölünərək qısa ötürmələr üzərində çalışılıb. Hazırlıq ikitərəfli oyun və qapıya zərbələrlə tamamlanıb.
Qeyd edək ki, “Simurq”-“Bakı” oyunu sabah saat 17:00-da start götürəcək. Komandalar cari mövsümdə artıq iki dəfə üz-üzə gəliblər. Bu qarşılaşmaların heç birində kollektivlərdən qalib gələn olmayıb və 0:0 hesablı heç-heçə qeydə alınıb. Zaqatala təmsilçisi “Bakı” ilə keçirdiyi son dörd qarşılaşmaların heç birində rəqib qapısına yol tapa bilməyib.
Yuxarı
"Çelsi" 7 cavabsız qolla yarımfinalda
"Liverpul" son 11 ilin klub antirekordunu qırdı
Məşhur reklam çarxının ən qazanclı futbolçusu Ronaldo oldu
İtaliya futbolçuları oyundan əvvəl mükafat davası edib?
İngiltərə çempionu 34 yaşında karyerasını bitirdi
"Real" son dəqiqə qolu ilə məğlub oldu
"Bayer" 9 qollu matçdan qalib ayrıldı
"Mançester Yunayted" kapitanını itirə bilər
Trippyer "Nyukasl"dan ayrılır
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
Öz qapısından rəqib qapısına qol vurdu - Video