Braziliya yenə qalib gələ bilmədi

Braziliya yenə qalib gələ bilmədi
DÜNYA FUTBOLU 26 Mart 2013 / 01:55 3761
-  A +

DÇ-2014-ün seçmə mərhələsinə hazırlaşan  Rusiya və Braziliya milli komandaları martın 25-də yoldaşlıq oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, ilk hissədə qapılara qol vurulmayıb. İkinci hissədə hesabı milli komandamızla eyni qrupda yer alan Rusiya yığması açıb. Viktor Fayzulin görüşün 73-cü dəqiqəsində komandasının yeganə qolunu vurub. Bundan sonra təzyiqləri artıran beşqat dünya çempionu bir neçə epizodda qola yaxın olub. Matçın 90-cı dəqiqəsində isə Fred komandasını məğlubiyyətdən qurtaran qolu vurub - 1:1.

Xatırladaq ki, bu, Braziliya millisinin ardıcıl ikinci heç-heçəsidir. Belə ki, martın 21-də İtaliya yğması ilə keçirilən yoldaşlıq oyununda da qalib müəyyənləşməmişdi - 2:2.

Qeyd edək ki, milli komandamızın yer aldığı qrupda lider olan Rusiya yığması bu matça qədər  ardıcıl yeddi oyun qapısından qol buraxmamışdı.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi