Hakim biabırçılığının son həddi

Hakim biabırçılığının son həddi
DÜNYA FUTBOLU 25 Mart 2013 / 17:03 5378
-  A +

DÇ-2014-ün seçmə mərhələsində Yeni Zellandiya – Yeni Kaledoniya matçında xoşagəlməz hadisə baş verib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, meydan sahiblərinin oyunçusu Şane Smeltzə qarşı edilən kobudluq nəticəsində onun alnı partlayıb. Ancaq bununla belə, görüşün baş hakimi futbolçunu şəkildə gördüyünüz hala salan futbolçuya nəinki qırmızı, heç sarı vərəqə belə göstərməyib.

Smeltz hakimin qərarına münasibət bildirərkən maraqlı açıqlama verib:  “Hakimin bu qərarını başa düşmədim. Cəmi bir həftə bundan qabaq ilin ən yaxşı hakimini seçərkən səsimi ona vermişdim”.


Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi