Mourinyo: “Çempionlar Liqasını qazanmasam, heyfslənmərəm”

Mourinyo: “Çempionlar Liqasını qazanmasam, heyfslənmərəm”
DÜNYA FUTBOLU 24 Mart 2013 / 00:14 4129
-  A +

“Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasını qazanmayacağı təqdirdə təəssüflənməyəcəyini deyib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, özünü isbatlamaq üçün ÇL-i qazanmaya ehtiyac olmadığını deyib: “ÇL-də iki dəfə qalib olmaq son dərəcə çətindir. Əgər bu il karyeramda üçüncü dəfə bu uğuru qazanmasam, heyfslənmərəm”.

Portuqaliyalı mütəxəssis yeni mövsümdən PSJ-ə gedəcəyi ilə bağlı xəbərlərə də münasibət bildirib. “Hazırda Portuqaliya, İngiltərə, İtaliya və İspaniyadan başqa ölkəyə transfer olunmaq mənim üçün çətin olar” deyən Mourinyo iddiaları təkzib edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner