Torres "Atletiko"nun hədəfində

Torres "Atletiko"nun hədəfində
DÜNYA FUTBOLU 23 Mart 2013 / 17:42 3470
-  A +

Son zamanlar uğursuz çıxışı ilə yadda qalan “Çelsi”nin futbolçusu Fernando Torres  “Atletiko”ya transfer edilə bilər.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  bu barədə “Atletiko”nun baş məşqçisi  Dieqo Simeone “Ondokero” radiosuna  açıqlamasında deyib. O bildirib ki, ispan futbolçu Madrid klubunun uzun zamandır maraqlandığı futbolçulardandır: “Torres hazırda “Çelsi”dədir. Əgər hazırkı klubundan ayırlmaq istəsə, o zaman onun transferi üçün əlimizdən gələni edəcəyik.”

Baş məşqçi Falkaonun klubdan ayrılıb-ayrılmayacağı ilə bağlı sualı isə belə cavablandırıb: “Mən nə Falkao, nə də onun meneceriyəm. Bu komandanın baş məşqçisiyəm. Onun verəcəyi qərara hörmət etməliyik”.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi