Burak Ronaldonun meneceri ilə müqavilə imzaladı

Burak  Ronaldonun meneceri ilə müqavilə imzaladı
DÜNYA FUTBOLU 23 Mart 2013 / 16:00 4396
-  A +

Türkiyə millisinin və “Qalatasaray”ın hücumçusu Burak Yılmaz Avropaya transfer olunmaq üçün ilk addımı atıb.

Qol.Az-ın məlumatına görə, bu barədə İspaniyanın “El Konfidenkial” qəzeti xəbər yayıb. Bildirilir ki, Burak  Avropa klublarına keçmək üçün bir sıra məşhur futbolçularla işləyən menecer Xorxe Mendeslə   müqavilə imzalayıb. Çempionlar Liqasında səkkiz qol vuran futbolçu ilə hazırda Madridin “Real” və “Atletiko” klubu, “Deportiva” və “Saraqosa” maraqlanır.

Qeyd edək ki, Xorxe Mendes Ronaldo, Falkao, Di Maria və Pepe kimi futbolçularla çalışır.

Son xəbərlər
15.07.25  20:59

"Napoli"yə "hə" dedi