"Ən sərrast futbolçular arasında Azərbaycanlı futbolçuların olmasını istərdim"
Bu gün AFFA-nın inzibati binasında keçirilən tədbirlə fevral ayının ən yaxşı oyunçusu və ən yaxşı qolu nominasiyasında qaliblər mükafatlandırılıb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, tədbiri giriş sözü ilə açan Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev ilk tədbirin futbolun başladığı binada keçirilməsini vurğulayıb. “Ayın ən yaxşı qolu və oyunçusu müvafiq olaraq azarkeşlər və idman jurnalistləri tərəfindən seçilir. Azərbaycan çempionatları tarixində 10 000-ci qolun müəllifi Elvin Məmmədovdur. Premyer Liqanın ən sərrast futbolçuları arasında yerli futbolçuların olmasını istərdim. Lakin əcnəbi futbolçular Azərbaycanda oynayırlarsa, deməli onlar da ozümüzünküdür. Nikolas Kanales həqiqətən də ayın ən yaxşısı olmaqa layiqdir”
Ramin Musayev birinci diviziondan Premyer Liqaya komanda gəlməsi məsələsinə də toxunub. O, bir komandanın Premyer Liqada oynamaq istədiyini dəqiqləşdirdiyini bildirib: “İndi desəm ki, yayda aşağı dəstədən Premyer Liqaya iki komanda gələcək və vədə yetişəndə bu, baş verməsə, onda necə olacaq? Aşağı divizionda çıxış edən klublarla maraqlanmışam. Onlardan biri Premyer Liqaya gəlmək istədiyini bildirib. həmin komanda Hazırda həmin komanda birinci divizionda çempion olmaq uğrunda mübarizə aparır. Lisenziya da alıblar. Ancaq ikinci komanda sual altındadır. Əgər hansısa komanda Premyer Liqada oynamaq istəmirsə, biz onu məcbur edə bilmərik".