Premyer Liqamızın ən yaxşıları mükafatlandırıldı (YENİLƏNİB)

Premyer Liqamızın ən yaxşıları mükafatlandırıldı (YENİLƏNİB)
GÜNDƏM 11 Mart 2013 / 12:09 2593
-  A +

Bu gün Topaz Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu və ən gözəl qolun müəllifi mükafatlandırılma mərasimi olub.

Qol.Az-ın məlumatına görə, bununla əlaqədar AFFA-nın inzibati binasında tədbir keçirilib.

Topaz Premyer Liqanın fevral ayı üçün ən yaxşı oyunçusu olan Nikolas Kanalesə ("Neftçi") PFL və Topaz tərəfindən 1500 manat və xüsusi mükafat, fevral ayının ən yaxşı qolunun müəllifi Asif Məmmədova ("İnter") 1000 manat və xüsusi mükafat verilib.

Tədbirdə, həmçinin, Azərbaycan çempionatları tarixində vurulmuş 10.000-ci qolun müəllifinə - "Bakı"nın yarımmüdafiəçisi Elvin Məmmədova da PFL və Topaz tərəfindən xüsusi mükafat təqdim edilib. 

Daha çox


Son xəbərlər