İran çempionatının 29-cu turunda mərkəzi oyun keçirilib. Qol.Az-ın məlumatına görə, Təbrizin “Traktorsazi” komandası Tehranda İstiqlalın qonağı olub. Bu oyunda üç qazanacağı təqdirdə Cənubi Azərbaycan klubu turnir cədvəliin lideri ola bilərdi. Amma görüş meydan sahiblərininin 1:0 hesablı qələbəsiilə yekunlaşıb.
29 turdan sonra “İstiqlal” 59 xalla birinci, “Traktorsazi” isə 55 xalla üçüncü yerdədir.
APA-nın məlumatına görə isə “Azadi” stadionda keçirilən oyunu 75 min azarkeş izləyib. Onlardan təxminən 35 min nəfərinin “Traktor”, qalanlarının isə qarşı komandanın azarkeşi olduğu bildirilir. Oyundan əvvəl polis “Traktor” azarkeşlərinin üst-başını yoxlayaraq stadionda plakat açmalarına icazə verməyib. Lakin “İstiqlal” azarkeşləri üzərində fars dilində “Azərbaycan İranın ayrılmaz parçasıdır” yazılmış plakat açıblar.
Bunu görən bir neçə azərbaycanlı gənc plakatı cıraraq yerə atıblar. Nəticədə tərəflər arasında kiçik insident baş verib. Qarşılaşmanın ilk dəqiqələrində “İstiqlal” azarkeşləri “Azərbaycan İrandır!”, “Traktor” azarkeşləri isə “Yaşasın Azərbaycan, “Traktor” qəhrəman!” şüarlarını səsləndiriblər. Növbəti dəqiqələrdə “İstiqlal” azarkeşləri stadionda Ermənistanın bayrağını qaldırıblar. Bu isə azərbaycanlı azarkeşlərin ciddi etirazına səbəb olub. Buna cavab olaraq “Traktor” azarkeşləri “Qarabağ bizimdir, bizim olacaq!”, “Körfəz ərəblərindir”, “Biz hara, farslar hara?” şüarlarını səsləndiriblər. Stadionda olan polislər Ermənistanın bayrağına etiraz etməyiblər.
Qeyd edək ki, fevralın 26-da Təbrizdə “Traktor” komandası ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əlcəzirə” klubu arasında keçirilmiş görüşdə “Traktor” azarkeşləri üzərində ingilis dilində “Güney Azərbaycan İran deyil” və “1992 Khojali Genocide” yazılmış plakatlar qaldırıblar. Plakatların açılması İranda ciddi narazılığa səbəb olub, yüzdən çox azərbaycanlı azarkeş həbs edilib.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi