Uelsli Con Benjamin Toşakla rəsmən anlaşan “Xəzər Lənkəran”ın bu addımını müstəqil Azərbaycan futbolunda Berti Foqtsdan sonra ən səs-küylü məşqçi transferidir. Qol.Az-ın məıumatına görə, ümumilikdə isə bunu gələn il 10 illik yubileyini keçirəcək “Xəzər Lənkəran”ın tarixi ərzində supertransferi adlandırmaq olar.
Bəs, Con Toşak kimdir?
Bu məşqçinin təkcə Madrid “Real”ı kimi komandanı müxtəlif vaxtlarda iki dəfə çalışdırması bu anlaşmanın nə qədər önəmli olduğunu göstərir. Konkret faktlara müraciət edərək Toşakı oxucularımıza bir qədər yaxından tanıdaq.
C.Toşak 1949-cu ildə Uelsin Kardiff şəhərində doğulub. Futbolçu kimi “Kardiff Siti” (Uels), “Liverpul” (İngiltərə) və “Suonsi Siti”də (Uels) oynayıb. 1969-80-ci illərdə Uels millisində də çıxış edən hücumçu Toşak 63 oyuna 25 qol vurub.
1978-ci ildə məşqçilik karyerasına başlayıb. Həmin ildən 1984-cü ilə qədər “Suonsi Siti”də məşqçi işləyib. 1984-cü ildə Portuqaliya “Sportinq”inə baş məşqçi təyin edilib. Onun baş məşqçi kimi faəliyyət göstərdiyi klublar və milli komandalar bunlar olub:
1984-1985. “Sportinq” (Portuqaliya)
1985-1989. “Real” (Sosyedad, İspaniya)
1989-1990. “Real” (Madrid, İspaniya)
1990-1994. “Real” (Sosyedad)
1994. Uels millisi
1995-1997. “Deportivo” (İspaniya)
1997-1999. “Beşiktaş” (Türkiyə)
1999. “Real” (Madrid)
2000-2001. “Sent-Etyen” (Fransa)
2001-2002. “Real” (Sosyedad)
2002-2003. “Kataniya” (İtaliya)
2004. “Real” (Mursiya, İspaniya)
2004-2010. Uels millisi
2011-2012. Makedoniya millisi
Qeyd edək ki, 64 yaşlı Toşak baş məşqçi kimi Sosyedad “Real”ına İspaniya kubokunu (1986/87), Madrid “Real”ına ölkə çempionluğunu (1989/90) qazandırıb. La-Karunya “Deportivo”sunda işlədiyi dövrdə bu komanda 1995-ci ildə İspaniya superkubokuna sahib çıxıb. Türkiyədə isə Toşak “Beşiktaş”la (1997/98) ölkə kubokunun qazanmağa nail olub.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi
Xames Rodrigesin transferi açıqlandı
Hamidu Keyta bu kluba keçdi