Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev hakim Anar Salmanovun UEFA–nın istedadlar qrupunda mentoru olan Konrad Plautzla görüşüb.
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, Konrad Plautz bu gün keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin “İnter” – “Bakı” cavab görüşündə Anar Salmanovun hakimliyini izləyir. Axırıncı dəfə 1996-cı ildə Bakıda olduğunu bildirən Konrad Plautz dünən axşam Bakını gəzdiyini və şəhərimizin çox gözəl olduğunu bildirib.
Konrad Plautz Anar Salmanovla bağlı fikirlərini də deyib: “Onu ilk dəfə gördüyümdən indiyə kimi çox böyük irəliləyişə nail olub, yerində saymayıb, öz üzərində çalışır və tapşırıqlarımı yerinə yetirir. İlk dəfədir ki, Azərbaycana mentor proqramı çərçivəsində nümayəndə gəlir, bu, sizin xeyrinizədir. Burada gördüklərimi Mark Battaya, Pierluidji Kollinaya və Jozef Markoya məruzə edəcəm. Bu, Anar Salmanov üçün gələcəyə açılmış bir pəncərədir”.
Görüşün sonunda Ramin Musayev və Konrad Plautz bir-birinə xatirə hədiyyələrini təqdim ediblər.
Yuxarı
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər
İngiltərə millisinin üzvü ilə davam
AFFA-da klublar üçün seminar keçirildi