“Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun saytına müsahibə verib. Qol.Az-ın məlumatına görə, o, komandanın hazırlıq prosesi, heyətə cəlb edilən yeni transferlər, eləcə də digər önəmli məsələlər haqda danışıb.
- Mahmud müəllim, təlim-məşq toplanışını necə qiymətləndirirsiz?
- Tam hazır olduğumuzu deyə bilmərəm. Çünki məşqlərə gec başladıq. Heyətimizdə yeni futbolçular var. Onlar komandaya gec qoşulduqlarından, hələ tam uyğunlaşa bilməyiblər. İlk günlərdən bir yerdə olmamışıq. Son 3-4 gündə düşərgəyə gələnlər də var və bunu nəzərə almaq lazımdır.
- Komandaya götürdüyünüz yeni legionerlər haqda nə deyə bilərsiniz?
- Heyət cəlb etdiyimiz legionerlər bizə kömək edə biləcəklər. Buna görə əcnəbiləri komandaya götürmüşük. Baxmamış, oyununa qiymət verməmiş hec kimlə müqavilə bağlamamışıq. Komandamızın büdcəsinə uyğun futbolçular götürmüşük. Onların "Kəpəz"ə necə kömək edə biləcəklərini çempionat oyunlarında görə biləcəyik.
- Yerlilər haqda nə fikirləşirsiniz?
- Heyətə cəlb etdiyimiz uşaqlar arasında gənclərlə yanaşı təcrübəlilər də oldu. Cəmşid Məhərrəmov, Fərid Quliyev belələrindəndir. Quliyevin məsələsi hələ tam həllini tapmayıb. Amma ümid edirəm ki, Fərid bizimlə olacaq. Onların meydanda olmaları işimizə yarayacaq. Həmçinin adını çəkmədiyim digərlərindən də uğurlu çıxış gözləyirik. Gənclərə gəlincə, onlara ümidimiz böyükdür.
- Çempionatın qarışıdakı hissəsi barədə də düşüncələrinizi bilmək maraqlı olardı.
- Ötənilkindən yaxşı çıxış etməliyik. Zəif nəticələrimizi unutdurmaq istəyirik. Bacardıqca daha çox xal qazanıb, yuxarı pillələrə qalxmaq əsas məqsəddir. Düzdü, rəqiblərlə aramızda xal fərqimiz çoxdur. Fasilədən sonrakı ilk turda rəqib “Neftçi”dir. Çətin oyun olacağını düşünürəm. Rəqib güclüdür. Çempionluğa oynayan komandadır. Heyətlərində yaxşı futbolçular cəmləşib. Amma bu o demək deyil ki, biz asan təslim olacağıq. Oynayıb, xal qazanmağa çalışaçağıq. Bunun nə dərəcədə alınacağını oyun göstərəcək.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video