“Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik. Bu həftə tam heyətlə işləmək imkanımız olacaq”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Bakes komandasının qış hazırlığını yekununu şərh edərkən deyib. Klubun rəsmi saytına açıqlamasında o bildirib ki, dörd həftə öncə Antalyaya gedən “Xəzər Lənkəran”la hazırkı komanda arasında böyük fərq var.
“Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu, onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır. Yoldaşlıq oyunlarına gəldikdə isə, deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, biz tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədir” – deyə o qeyd edib.
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində
Konate "Liverpul"dan gedir