“Qarabağ”ın futbolçusu Qara Qarayev Qol.Az saytına müsahibəsində Azərbaycan komandasındakı debütündən, bu həftə Premyer Liqada “Qəbələ”yə qarşı keçiriləcək oyun barədə danışıb
- Millimizin Dubay toplanışında Özbəkistanla oyunda debüt etdin, Lixtenşteynlə görüşdə də meydana çıxdın.
- Mən neçə vaxtdır bu məqamı gözləyirdim. Bu da Lixtenşteynlə oyuna təsadüf etdi. Düzdür, ikinci qarşılaşmada oyunun sonlarına yaxın meydana çıxdım. Amma əsas millidə oynamaqdır. Neçənci dəqiqədə meydana çıxmağın fərqi yoxdur. Mənim üçün millidə oynamaq böyük şərəfdir. Çalışacağam ki, bundan sonra elə oynayım ki, millidə qala bilim.
- Əsas millidəki ilk hazırlıq sənin üçün çətin olmadı?
- Hazırda ən yaxşı formamdayam. Buna görə də uzun zamandan sonra Foqts məni milliyə çağırdı. Heç bir rəqabətdən çəkinmirəm. Oyunum belə davam etsə, yəqin ki, Foqts məni yenidən milliyə çağıracaq.
- Komandamız Lixtenşteynlə oyunda səncə necə təsir bağışladı?
- Çox yaxşı. Üstünlük bizim tərəfimizdə idi. Bir neçə qol epizodumuz oldu. Demək olar ki, Lixtenşteyn qol epizodu yarada bilmədi.
- Amma millimiz tənqid edilir ki, əgər penalti epizodu olmasa, Lixtenşteynə qalib gələ bilməyəcəkdi.
- Məncə, bunu deyənlər oyuna baxmayıblar. Çünki biz onlardan üstün oynadıq. Penalti epizodunun yaranması da bizim rəqibi təzyiq altında saxlamağımıza görə oldur. Fərqi yoxdur, ya penaltidən vurdun, ya da adi oyun epizodundan. Əsas odur ki, qol vurub qalib gəldik.
- Gələk “Qarabağ”a. Komandanızın yeni futbolçuları haqda fikirlərin necədir?
- Düşünürəm ki, onların hər birinə ehtiyacımız var. Elvin Musazadə gənc və perespektivli futbolçudur. Antalyadakı yoxlama oyununda da inamlı təsir bağışladı. Kristian Torres isə həm “Simurq”un, həm də “Rəvan”ın heyətində yaxşı oyunlarıyla yadda qalmışdı.
- Bəs, Subaşiç və Reynaldo haqda nə deyərdin?
- Subaşiç Azərbaycan futbolunda ad qoymuş oyunçudur. Məncə, son vaxtlar yaxşı formada olmasa da “Qarabağ”da öz oyununu tapacaq. Reynaldo haqda bir söz deyə bilmərəm. Texnikalı bir futbolçudur. Qarşıdakı oyunlarda yəqin ki, kimin hansı potensiala malik olduğunu görəcəyik.
- Qarşıda “Qəbələ” ilə oyununuz var. Bu komandaya qarşı oyun həmişə sizin üçün çətin olub. Vacib xallar itirmisiniz.
-Oyuna ciddi hazırlaşırıq. Bu oyun bizim üçün çox vacibdir. Bizim böyük hədəfimiz var. Çempionluğa oynayırıqsa, qələbə qazanmalıyıq. Düzdür “Qəbələ”yə qarşı oyunlarda yaxşı nəticə qazanmamışıq. Amma mənim fikrimcə həmin oyunlarda hansısa səhvlərə görə xal itirmişik. Əgər diqqətli olsaq, Qəbələdə xal qazana bilərik.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video