“Rubin” klubuna transfer olunan Ruslan Abışov qardaşı Sərxan Abışovla birgə yetirməsi olduğu “Neftçi”nin bazasında olub.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, “Rubin”in düşərgəsinə yollanmamışdan öncə doğma komandasına baş çəkən futbolçu klub rəhbərliyi ilə görüşüb. Görüşdə o, "Neftçi”nin yetirməsi olduğunu və futbolu burada öyrəndiyini vurğulayıb.
Ruslan Abışov futbolda əldə etdiyi nailiyyətlərə görə “Neftçi”yə borclu olduğunu da deyib: “Əgər futbolda nəyəsə nail olmuşamsa, bunu “Neftçi”yə borcluyam. Komandadan ayrılsam da, klub rəhbərliyi və burada çalışan insanlarla mütəmadi əlaqə saxlayıram. “Neftçi” ilə ardıcıl iki il çempionluq yaşamışam. Mənim ən böyük nailiyyətlərim bu klubun adı ilə bağlıdır. Mən doğma klubumdan halallıq almamış yola çıxa bilməzdim.”
Görüşün sonunda "Neftçi"nin heyətində çempionluq yaşamış Ruslan Abışova ötən mövsümün qızıl medalı təqdim olunub.
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif
"Şamaxı"da növbəti ayrılıq
Azərbaycan millisi İtaliyanı belə məğlub etdi - Video
"Rayo Valyekano"da baş məşqçi ayrılığı
PSJ ÇL-i qazansa, oyunçularına 1 milyon avro mükafat verəcək
"Kəpəz" kapitanı ilə müqaviləni uzatdı
Trippyerin yeni klubu məlum oldu
"Ağstafa Gəncləri" 2-ci liqadakı yerini qorudu
Bu yay "Barselona"dan gedir
"Əl-Nəsr" Jorje Jesusun ayrılığını açıqladı
"Karvan-Yevlax" baş məşqçisi ilə yolları ayırdı
"Qarabağ"ın legioneri milliyə çağırıldı
ÇL-i qazansalar, hər futbolçuya 1 milyon veriləcək
"Barselona" 100 milyonluq rəsmi təklif göndərdi
İtaliya klubu Tedesko ilə danışıq aparır
La Liqanı tərk etsələr də, Demiçelislə müqavilə uzadıldı
“İmişli”dən futbol veteranlarına bayram jesti
Qvardiol "Barselona"nın maraq dairəsində