“Turan” klubunun baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi
-Son transferlərdən sonra komandanızın ümumi vəziyyəti necədir?
-Demək olar ki, ümumi ab-havanı saxlaya bilmişik. Komandamızda Ender Günlü, Murad Ağakişiyev və Asəf Qədiri kimi təcrübəli futbolçular var. Onların indi əsl futbol oynayan vaxtlarıdır. Bununla yanaşı gənc oyunçuları da komandaya cəlb edirik. Çalışırıq ki, gənclərdən ibarət çevik və aqressiv bir komanda yaradaq. “Turan”ın əvəzedici komandasında öz yetirmələri də var ki, onlarda əsas komandada məşq edirlər. Komandaya yeni cəlb etdiyimiz legionerlər - Anatoli Stukalov, Dmitri Pospelov, Yaroslav Suxanov da gənclərdir. Komandamızın təxmini orta yaş həddi 17-18-dir.
- Yeni gələn futbolçular sizcə komandadan gedən futbolçuların yerini doldura biləcəklər?
- Bunu əsas qarşıdakı oyunlar göstərəcək. Bizim baxışla yeni futbolçuların təcrübəsi, oyun düşüncəsi gedənlər qədər deyil.
- Hazırlıqlar necə gedir?
- Çempionat oyunları başlamağına az qalsa da, demək olmaz ki, oyunlara hazırıq. Yoxlama matçlarını yüksək səviyyədə keçirə bilmədik. Maliyyə durumumuz o qədər də düzəlməyib. Mart ayında tam düzəlməyi gözlənilir.
- Komandanıza bundan sonra yeni transferlər gözlənilir?
- Demək olar ki, bu işləri yekunlaşdırmışıq. Yalnız iki oyunçu qalıb ki, onların məsələsini də sabah həll etməliyik.
- Bu hansı futbolçulardır?
- Tam dəqiq olmadığı üçün adını açıqlamaq istəmirəm. Rumıniyadandırlar.
- İlk “altılığ”a iddialı olduğunuzu bildirmişdiniz. Ancaq “altılıq”da olan heç bir klubun sizin komanda kimi maliyyə problemi yoxdur. Belə şəraitdə ilk “altılığ”a düşmək nə dərəcədə realdır?
- Təbii ki, maddi durum oyunlarda çox böyük rol oynayır. Ancaq şansımızın itmədiyini düşünürük. Çünki gənclərdən ibarət əzmkar bir komanda yaratmışıq. Sona qədər mübarizə aparacağıq. “Rəvan”a qalib gəlsək, 23 xalımız olacaq. Bu da digər komandaları narahat edəcək. Onlara başağrısı olacağıq.
- Fərid Quliyev "Turan"da qalacaq?
-Fəridin mənimlə son dəfə söhbəti oldu və bildirdi ki, komanda da maliyyə problemi olduğuna görə getmək istəyir. Bundan sonrakı məsələlərə klubun vitse-prezidenti Namiq Məstanov baxacaq.
- Belə bir iddia irəli sürülüb ki, “Turan”la “Bakı”nın hansısa bağlılığı var. “Turan” “Bakı”ya xal verəcək. Qarşıda da “Bakı” ilə oyununuz gəlir. Bu iddialara münasibətiniz necədir?
-Bu gün futbolda belə şayiələr çox olur. Faktlar yoxdusa bu barədə danışmağına dəyməz. Mən baş məşqçiyəm. Bu heyəti mən formalaşdırıram. Futbolçuların gücünü bilirəm. Yəni komanda bilavasitə mənim rəhbərliyim altındadır. Rəhbərlik qarşısında mən hesabat verirəm. Heç kimin qarşısında alçalmaram.
Ramiq AĞAMƏMMƏDOV
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video