“Oyundan sonra Türkiyə millisinin baş məşqçisi Fatih Terim də dedi ki, Azərbaycan millisi qapıya zərbə vurmurdu. Qapıya zərbə vurmadan necə futbol oynamaq olar?” Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri Türkiyə - Azərbaycan oyunu haqda fikirlərini bildirərkən, veteran futbolçu, AFFA-nın sabiq baş katibi Çingiz İsmayılov deyib.
Ç.ismayılov bildirib ki, Azərbaycan millisi irəliləyiş etmək əvəzinə olan-qalan oyun üslubunu da itirib: “Bəziləri deyir ki, futbolumuzda inkişaf var. Başım çıxmır, hansı inkişafdan danışırlar? Olan-qalan oyun üslübümuzu da itirmişik. Əvvəllər bütün SSRİ-də “Qafqaz üslubu” deyirlən oyun üslubu var idi. Hansı ki, digər qafqazlılar kimi Azərbaycan milli komandası da məhz bu cür oyun üslubuna üstünlük verirdi – texnikalı oyun, qısa ötürmələr, fintlər və s. Amma indi millimiz oturub qapının ağzında, ancaq müdafiə olunur. Belə futbol olar? Millimizi tamamilə almanlaşdırıblar. Futbolçularda sürət yoxdur, çoxlu sayda top itkisinə yol verirlər, topu özlərində saxlaya bilmilər. Müdafiəçilər topu necə gəldi, vururlar qabağa. Amma 10 saniyədən sonra top yenidən qayıdır, müdafiəmizə. Çünki irəlidə oyun quran, topla yaxşı rəftar edə bilən, qapıya zərbə endirən hücumçular yoxdur”.
Çingiz İsmayılov legioner bolluğundan da şikayətləndi: “Foqtsdan soruşsan ki, komandamız niyə belə oynayır, deyəcək ki, “mən neyləyim, olanınız budur da”. Futbolçu yetişmir. Klublar da əsas gücü veriblər legionerlərə. “İnter”də 16-17 legioner çıxış edir. Bilinmir ki, hardan gəliblər, necə oyunçulardır. Yaxşı futbolçu olsaydılar, elə öz ölkələrinin millilərinə çağırılardılar da. Azərbaycan çempionatında çıxış edən yalnız tək-tük əcnəbi öz ölkəsinin millisinə cəlb olunur. “İnter” o qədər əcnəbidənsə, 4 səviyyəlisini dəvət etsəydi, daha yaxşı olardı. Hər mövqe üzrə bir güclü legioner olsa, uşaqlar da onlardan baxıb, nəsə öyrənərlər. Əvvəllər deyirdilər şərait yoxdur, indi isə şərait də var. Bəs niyə futbolçu yetişmir? Bura gələn legionerlər də ancaq pul qazanırlar, vəssəlam”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video