Milli komandamızın baş məşqçisi Berti Foqts bu gün Kayseridəki “Hilton Otel”də jurnalistlərin suallarını cavablandırıb. Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis ilk növbədə Kayseridəki şərait haqda danışıb: “Buradakı şərait çox gözəldir. Yerli camaat da bizə qarşı çox yaxşı münasibət göstərir. Biz özümü burada heç də qonaq kimi hiss etmirik”.
Foqts ölkəmizi seçməsi barədə də sualı cavablandırıb: “Mənim Bakıda öz missiyam var. Azərbaycan futbolunun səviyyəsini qaldırmağa çalışıram. Amma bunun üçün zamana ehtiyac var. Artıq heyətdə islahatlara başlamışıq. Bəzi yaşlı futbolçularla vidalaşıb, onların əvəzinə gəncləri dəvət etmişik komandaya. 3-4 il ərzində mütləq Azərbaycan futbolunda inkişaf olacaq. Azərbaycan futbolunun əsas problemi legionerlərlə, daha doğrusu onların sayıyla bağlıdır. Bəzi komandalarda meydana yalnız əcnəbilər çıxır, yerli futbolçular isə ehtiyatda qalır”.
Almaniyalı mütəxəssis Türkiyə millisi haqda da danışıb: “Türkiyə millisinin Avropa çempionatındakı çıxışını izləmişəm. Onlar alman futbolu sərgiləyirdilər. Oyunun gedişində hesabda geri olmalarına baxmayaraq, son anadək vuruşurdular. Türkiyə millisi bizim üçün yaxşı nümunədir”.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza