“Komandamızın hazırlıq planı artıq demək olar ki, bəllidir. İyunun 12-13 aralığında komanda üzvləri yığışacaqlar”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in prezidenti Georgi Nikolov deyib. Nikolov yeni mövsümə Antalyada hazırlaşacaqlarının bildirib: “Komandamız təlim-məşq toplanışı keçmək üçün Antalyaya yollanacaq. Orada təxminən 15 günlük hazırlıq posesi keçəcəyik. Təəssüf ki, vaxtımız çox azdır. Çünki bildiyiniz kimi, artıq iyulun 2-də Avroliqada ilk oyunumuzu keçirəcəyik”.
“Bankirlər”in rəhbəri komandanın heyətində dəyişikliklər olacağını da söylədi: “Təbii ki, yeni transferlərimiz olacaq. Məşqçilər korpusu hazırda bu işlə məşquldur. Bizə təklif olunan futbolçuları Antalyadakı hazırlıq prosesində yoxlayacağıq. Komandadan gedənlər də olacaq. Bildiyiniz kimi, artıq Oleq Şişkin və İon Testimianu ilə vidalaşmışıq. Həmçinin Velton, Silva və Kleytonla da yollarımız ayıra bilərik”.
Georgi Nikolov transfer siyasətlərini AFFA-nın qərarına əsasən aparacaqlarını bildirib: “Komandanı daha çox futbolçu tərk edə bilər. Amma hələ ki, qeyri-müəyyənlik içərisindəyik. Çünki bilmirik ki, növbəti mövsümdən etibarən legioner limiti olacaq, yoxsa yox. Foqts limitin olacağını, Ramin Musayev isə olmayacağını deyir. Ona görə də bilmirik ki, nə edək. AFFA bu haqda bizi məlumatlandırsaydı, çox yaxşı olardı. Əgər limit tətbiq olunacaqsa, çoxlu sayda legioneri niyə komandada saxlayaq?”
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza