Milli komandamızın kapitanı Rəşad Sadıqovun “Kocaelispor”da qalıb-qalmayacağı ölkəmizdə olduğu kimi, qardaş ölkədə də geniş müzakirə olunur. “Özgür Kocaeli” qəzeti bu gün Rəşadla bağlı yazı hazırlayıb. Türkiyəli həmkarlarımız qeyd edirlər ki, İzmit klubunda qalıb-qalmayacağı ən çox maraq doğuran futbolçulardan biri də Sadıqovdur. Əvvəlcədən Rəşadın “Kocaelispor”da qalacağı gözlənilsə də, həmyerlimiz “Hacettepe” ilə matçda sonra verdiyi açıqlamada komandanı tərk edəcəyinə işarə vurub: “Mənimlə heç kim görüşmədi. Uzun müddət idi ki, gözləyirdim. Amma bundan sonra irəli baxacağam”.
Yazıda qeyd olunur ki, qış fasiləsində komandaya cəlb olunan Sadıqov qısa zaman ərzində sərgilədiyi möhtəşəm çıxışıyla göz oxşayıb. 16 maçta inamlı təsir bağışlayan həmyerlimiz azarkeşlərin ən sevimli futbolçusuna çevrilib. Türkiyəli həmkarlarımız onu da vurğulayıblar ki, həmyerlimiz cəldliyi və oyun zəkasıyla adından söz etdirməyi bacarıb. “Kocaelispor” tərəfdarlarının böyük sevgisini qazanan Rəşadın komandada qalması müzakirə olunurkən, verdiyi son açıqlama yerli azarkeşləri narahat edib.
“Hacettepe” ilə oyundan sonra Kayseriyə yollanan və Azərbaycan milli komandasının düşərgəsinə qatılan Sadıqov “Mən “Kocaelispor”da qalmağa hazır idim. Amma bugünədək heç kim bu barədə mənimlə danışmadı. Komandada maliyyə problemi də davam edir. Mən düşünürdüm ki, artıq bugünədək danışıqlar masası arxasına keçəcəkdik və bu məsələni həll edəcəkdik. Çünki bu məsələ artıq həllini tapmalıydı. İyunun 2-də Türkiyə millisi ilə oyunumuz var. Qərarımı həmin qarşılaşmadan sonra verəcəyəm” deyib.
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"
“Sabah” böyükhesablı qələbə qazandı
"Qalatasaray" - "Liverpul" matçının heyətləri açıqlandı
"Göygöl" "Şəki Siti"ni darmadağın etdi - Video
İngiltərə millisinin üzvü karyerasını bitirdi
"Real"ın futbolçusu əməliyyat olundu
“Göygöl” və “Qaradağ Lökbatan”dan böyükhesablı qələbə
"Matçı buraxmaq bərpa olmağıma yaxşı təsir edəcək"
"Kamp Nou"da azarkeşləri sevindirəcək yenilik olacaq
"Sabah" - "Qəbələ": Heyətlər
"Turan Tovuz" “Azərsun Arena”dan da “köçdü”
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
Azərbaycanın U-20 millisinin baş məşqçisi açıqlandı
Vernidubun Berdıyevlə görüşməsi narazılıq yaratdı - Video
UEFA rəsmisi AFFA-da görüşlər keçirib
DÇ-2026-nı buraxacaq
AFFA cəza və cərimələri açıqladı
"Real"ın futbolçusu əməliyyat olundu
"Turan Tovuz" nə vaxt öz meydanına qayıdır?
1-ci liqada hakim təyinatları açıqlandı
"Hədəfimiz yenə də çempionluqdur" - Ehtiram Quliyev
"Kolumbus Kryu"nun sabiq futbolçularına ömürlük cəza