Braziliya futbolunun canlı əfsanəsi Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "Globoesporte"yə danışan Ronaldo Braziliya futbolunun tarixinin ən pis mərhələsini yaşadığını bildirib:
"Hazırda Braziliya futbolu çətin dönəmdən keçir. Çünki bizim Avropada qol vuran oyunçularımız yoxdur. Doğrudur, millidə daha çox gənclərə üstünlük verilir. Həmin oyunçulardan ən önəmlisi də Neymardır. Hansı o "Qızıl top" mükafatına namizədlər sırasında yer almışdı. Bununla belə, hazırda millidə vəziyyət heç də ürəkaçan deyil. Məncə, Braziliya futbolu tarixinin ən pis mərhələsindədir".
Qeyd edək ki, Ronaldo sonda Braziliya və İspaniya yığmalarının "DÇ-2014"ün əsas favoritləri olduğunu bildirib.
AFFA-da yeni təyinatlar
AFFA "Kəpəz"i cərimələdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
8 həftə oynamayacaq
Rüfətin komandası uduzdu
Mbappe sabiq klubuna təzminat ödəyəcək
"Fərqi yoxdur, "Mançester Yunayted"dir, ya da "Şəfa" - Video
"İlk qolu buraxana qədər oyundan razı idim" - Zaur Həşimov
Çempion debütantı belə məğlub etdi - Video
40 yaşlı Serxio Ramos Premyer Liqa klubuna keçə bilər