“Futbol səhvlər oyunudur. Kim səhv edirsə məğlub olur, kim rəqibin səhvindən istifadə edirsə, o da qalib gəlir. “Rubin”lə oyunda baxmayaraq ki, rəqib üstün oynadı, daha çox qol imkanlarına malik oldu, amma bizim də şansımız oldu. Məsələn, Araz Abdullayev oyuna qoşulan kimi yaxşı imkan əldə etsə də, təəssüf ki, istifadə edə bilmədik. Rəqib isə, bizdən fərqli olaraq, analoji imkanı qaçırmadı”.
Bu sözləri Qol.Az-ın Kazana ezam olunmuş müxbiri ilə söhbətində Azərbaycan milli komandasının məşqçisi, baş məşqçi Berti Foqtsun köməkçisi Nazim Süleymanov Avropa Liqasının qrup mərhələsinin III turunun “Rubin”-“Neftçi” matçını şərh edərkən deyib.
O, sözügedən qarşılaşmada forma geyinən milli üzvlərinin hazırkı durumu haqda da fikirlərini bildirib: “Mirhüseyn Seyidov bu qarşılaşmada futbol termini ilə desək “oyuna girə bilmədi”. Ondan fərqli olaraq, Araz Abdullayev, Tərlan Quliyev, Rəşad Sadiqov, Mahir Şükürov heç də pis təsir bağışlamadılar. Təbii, hər bir futbolçunun potensialı böyükdür. Ancaq heç də bütün futbolçular bütün potensialını, gücünü meydançada qoya bilmir. Elə futbolçu var ki, oyundan sonra baxırsan ki, hələ də gücü qalıb. Deməli, meydançada bütün gücünü qoymayıb. O ki, qaldı qeydlərə, əlbəttə, xüsusi qeydlərimi götürmüşəm və bunu Foqtsa təqdim edəcəm”.
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start