FİFA-nın məşqçilər üçün seminarı fəaliyyətə başladı (FOTOLAR)

XƏBƏR 19 Sentyabr 2012 / 18:36 1393
-  A +

Bu gündən etibarən Bakı şəhərində qadınlardan ibarət futbol komandalarının məşqçiləri üçün FİFA tərəfindən təşkil olunmuş regional seminar öz işinə başlayıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, seminarda yerli məşqçilərlə yanaşı, Estoniya, Tacikistan, Belarus, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Litva, Rusiya, Ukrayna, Latviya, Gürcüstan və Moldovanı təmsil edən mütəxəssislər iştirak edir.

AFFA-nın baş katibi Elxan Məmmədov seminarda çıxış edərək iştirakçılara uğurlar arzulayıb. FİFA-nın Üzv Assosiasiyalar və İnkişaf üzrə direktoru Tyerri Begenass qadın futbolunun inkişafı ilə bağlı təqdimatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Seminar müddətində məşqçilər FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin müxtəlif oyunlarını izləyəcək və qarşılaşmaları təhlil edəcəklər.














Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq